fbpx

“Bakıda bunu edə bilməyəcəyəm” – Azərbaycana gələn məşhur model / FOTO

BEY.AZ informasiya agentliyi xəbər verir


“Bakıya ilk səfərimdir. Yaxşı mənada təəccübləndim. Şəhər çox gözəl görünür”.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bunu “Formula 1” üzrə Azərbaycan Qran Prisində iştirak etmək üçün Bakıya gələn Xorvatiyalı model İvana Knoll qala gecəsində jurnalistlərə açıqlamasında deyib.

Səfərlə bağlı təəssüratlarını bölüşən xanım azarkeş Azərbaycan xörəklərinin dadlı olduğunu söyləyib: “Açığı, pəhriz saxlamaq istəyirdim. Amma əminliklə deyə bilərəm ki, Bakıda bunu edə bilməyəcəyəm”.

Knoll bildirib ki, Bakıdakı yarışda ilk dəfə iştirak etsə də, digər ölkələrdə keçirilən Qran Prilərdə dəfələrlə yer alıb: “Qətərdəki dünya çempionatı ilə buradakı atmosferi müqayisə edə bilmərəm. Çünki tamam fərqli turnirlərdir. Ölkələrin müqayisəsinə gəlincə, bu barədə də fikir bildirməyəcəyəm. Çünki Qətərdə 1 ay oldum, buraya isə cəmi 6-7 saatdır gəlmişəm”.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 apreldə baş tutacaq. Bakı ilk dəfə sprint yarışına ev sahibliyi edəcək.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bakıda #bunu #edə #bilməyəcəyəm #Azərbaycana #gələn #məşhur #model #FOTO

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu