fbpx

Bakıda eyni kəsişmədə ikinci qəza: Bu dəfə 7 avtomobil

BEY.AZ informasiya agentliyi xəbər verir


Yasamal rayonu Şərifzadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, “BMW F10” markalı avtomobil “Mercedes 190” markalı avtomobillə toqquşub.

Qəza zamanı idarəetməni itirən avtomobillər yaxınlıqdakı digər avtomobillərə də ciddi ziyan vurub. Belə ki, əlavə 5 maşın – “Mitsubishi Pajero”, “Kia Optima”, “Hyundai Santafe”, “Mercedes C-class” və “Mercedes E-Class” da qəza səbəbindən zədələnib.

Qəza nəticəsində ölən və xəsarət alan olmayıb.

Xatırladaq ki, dünən də eyni kəsişmədə 5 avtomobilin iştirakı ilə qəza baş vermişdi.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bakıda #eyni #kəsişmədə #ikinci #qəza #dəfə #avtomobil

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu