fbpx

Bakıda fəhlə çoxmərtəbəli binadan yıxılaraq ölüb

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakıda fəhlə çoxmərtəbəli binadan yıxılaraq ölüb.

Bu barədə Metbuat.az-a Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, fevralın 27-də paytaxtın Suraxanı rayonu ərazisində Biləsuvar rayon sakini Tərlan Əlizadənin hündürlükdən yıxılaraq xəsarət alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, “North East Construction” MMC-nin Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsində inşa etdiyi çoxmərtəbəli binanın tikinti sahəsində fəhlə işləyən Tərlan Əlizadə iş vaxtı hündürlükdən yıxılaraq aldığı çoxsaylı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu