fbpx

​Bakıda gənclər üçün “Cavan Urban Fest” keçiriləcək

BEY.AZ informasiya agentliyi xəbər verir

Bakı Avropa Oyunları Parkında 28 May Müstəqillik Gününə həsr olunmuş “Cavan Urban Fest” layihəsi keçiriləcək.

Metbuat.az xəbər verir ki, Azərbaycan Gənclər Fondunun dəstəyi, Cavan Gənclər Hərəkatının təşkilatçılığı ilə keçiriləcək festival 28, 29 və 30 may tarixlərində olmaqla, üç gün davam edəcək.

Festival çərçivəsində müasir incəsənət, rəqs, bitboks, skeytbord, 3×3 basketbol yarışları və master-klasslar baş tutacaq.
Günün sonunda isə məşhur qrupların ifasında canlı musiqilər təqdim ediləcək. Layihənin keçirilməsində əsas məqsəd urban mədəniyyətinin gənc nümayəndlərinə dəstək olmaq və bu sənət növlərinə olan marağı artırmaqdır.

Qeyd edək ki, festivala giriş həm izləyicilər, həm də iştirakçılar üçün tamamilə ödənişsizdir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu