fbpx

Bakıda gecə klubunda partlayış- Ölən və yaralananlar var / VİDEO

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakının Səbail rayonunda partlayış baş verib.

Metbuat.az APA- ya istinadən xəbər verir ki, hadisə “Torqovi” kimi tanınan ərazidə yerləşən gecə klubunda qeydə alınıb.

Tərlan Əliyarbəyov küçəsində zirzəmidə yerləşən “Korona” klubda qəfil partlayış baş verib. Partlayış nəticəsində ətrafdakı nəqliyyat vasitələrinə də ziyan dəyib. APA-nın hadisə yerində olan müxbirinin məlumatına görə, partlayış qaz sızmasından baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, ilkin məlumata görə, partlayış nəticəsində nəticəsində ölən və yaralananlar var. TTTYX-dən verilən ilkin məlumata görə, indiyə qədər 6 yaralı 1 Saylı Şəhər Xəstəxanasına, 25 yaralı isə Yanıq mərkəzinə yerləşdirilib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu