fbpx

Bakıda loqopedik mərkəzdə uşaqlara işgəncə verildi – Video

Bakıda loqopedik mərkəzdə azyaşlı uşaqlara işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb.

“Qafqazinfo” xəbər verir ki, “patrul.az” saytında yayımlanan görüntülərin “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən “Mehnur” loqopedik mərkəzində qeydə alındığı bildirilib.

Mərkəzin xüsusi qayğıya ehtiyacı olan, əsasən nitq və əqli məhdudiyyətli uşaqların reabilitasiyası üçün fəaliyyət göstərdiyi qeyd edilsə də, videoda uşaqların saçlarının yolunduğu, onlara fiziki əzab və işgəncə verildiyi görünür.

Görüntülərlə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, məsələ artıq nəzarətə götürülüb: “Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu