fbpx

Bakıda məktəbi bitirən 24 məzun qızıl və gümüş nişana layiq görülüb

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 18-i qızıl, 6-sı gümüş nişana layiq görülüb.

Metbuat.az xəbər verir ki, bu barədə idarədən məlumat verilib.

Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı şəhəri 85, 156, 182, 183 (2 nəfər), 229, 232, 240, 247, 272, 279, 316 nömrəli tam orta məktəblərin, 83 nömrəli məktəb-lisey, 220 nömrəli məktəb-lisey (4 nəfər), 291 nömrəli Ekologiya liseyinin şagirdləri qızıl, 17, 55, 76, 257, 275, Texniki-humanitar liseyin şagirdləri isə gümüş medalla təltif edilib.

Qeyd edək ki, namizədlər qızıl və gümüş nişana Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bakıda #məktəbi #bitirən #məzun #qızıl #və #gümüş #nişana #layiq #görülüb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu