fbpx

Bakıda məktəbli qıza şillə vuran şəxs KİMDİR?

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakıda küçədə gedərkən məktəbli qıza şillə vuran şəxs saxlanılıb.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, araşdırmalar zamanı hadisəni törətməkdə şübhəli bilinən şəxsin Yasamal rayon sakini Əhməd Hüseynov olduğu müəyyənləşib. Polis bölməsində izahatı alınan Ə.Hüseynov əməlindən peşman olduğunu, yeniyetmədən və valideynlərindən üzr istədiyini bildirib.

Araşdırma zamanı məlum olub ki, o, eyni əməli bir neçə başqa qıza qarşı da törədib.

Xatırladaq ki, hadisə fevralın 5-də “İnşaatçılar” metrostansiyasının çıxışında baş verib. Atasının bildirdiyinə görə, sifətindən şillənin təsirindən qız ağzından və burnundan xəsarət alıb, qan açılıb.

Qeyd edək ki, hadisə ilə bağlı məktəbli qızın atası Musa Quliyev Qafqazinfo-ya müraciət etmişdi.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu