fbpx

Bakıda motosiklet qəzalarının sayı artıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Paytaxt Bakıda motosiklet qəzalarının sayı artıb. Təkcə ötən gün Kliniki Tibbi Mərkəzə müxtəlif motosiklet qəzalarından bir- birinin ardınca 6 yaralı gətirilib.

Metbuat.az xəbər verir ki, Mərkəzin Mətbuat xidmətindən verilən məlumata görə, gətirilən yaralılardan 3 nəfərin vəziyyəti nisbətən ağır olduğuna görə xəstəxanaya yerləşdirilib, digər 3 nəfər isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin müdiri Aydın Əlizadənin sözlərinə görə, bu cür qəzalar demək olar ki, hər gün baş verir:

“Gündəlik olaraq bir və ya bir neçə motosiklet qəzasından yaralılar gəlir. Bunların böyük əksəriyyəti qida çatdırılması ilə və ya kuryerliklə məşğul olan sürücülərdir. Ötən gün 5 belə qəza baş verib ki, nəticədə 6 yaralı gətirilib. Onlardan biri hətta piyadanı vurmuşdu və hər ikisi yaralanmışdılar”.

Qeyd edək ki, hər ay motosiklet qəzalarından gələn yaralıların statistikasında artım baş verir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin