fbpx

Ulduz futbolçu türk klubuna doğru

BEY.AZ informasiya agentliyi xəbər verir


“Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone adı “Qalatasaray” və “Fənərbaxça” ilə hallanan Joao Feliksin komandada qalıb-qalmayacağı ilə bağlı təəccüblü açıqlamalar verib. Baş məşqçi klubun onun xidmətində maraqlı olmadığını ifadə edib.

Metbuat.az xəbər verir ki, o bildirib: “Bizim prioritetimiz fərdlər deyil, komandadır. Medianın onun gələcəyinə diqqət yetirməsi normaldır. Amma heç kim klubdan önəmli deyil. Burada ona yer olacaqmı? Məndən yox, ondan və menecerindən soruşun”.

Qeyd edək ki, ötən mövsüm “Çelsi”də icarə əsasında çıxış edən Joao Feliksi bir sıra klublar transfer etməyə çalışır. “Qalatasaray” və “Fənərbaxça” da oyunçu ilə danışıqlar aparır. Lakin futbolçunun məvacibinin və transfer haqqının çox olması onun transferini çətinləşdirir. Joao Feliks 2019-cu ildə 127 milyon avroya “Benfika”dan “Atletiko Madrid”ə keçib. Ötən ilin yanvarında “Çelsi”yə icarəyə göndərilən 23 yaşlı futbolçu 20 oyunda 4 qol vurub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ulduz #futbolçu #türk #klubuna #doğru

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu