fbpx

Bakıda neft qurğularının elektrik avadanlıqlarını oğurlayan şəxs saxlanılıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Binəqədi qəsəbəsində 2 evdən məişət əşyaları və neft qurğularının elektrik avadanlıqlarını oğurlayan şəxs saxlanılıb.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Əməliyyat zamanı əvvəllər məhkum olunmuş Elşən Əşrəfov tutularaq istintaqa təqdim olunub.

Faktlarla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar istintaqa təqdim olunub.

“Elşən Əşrəfovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, 43-cü Polis Bölməsinə və ya ərazi polis orqanlarına məlumat verə bilərlər”, – məlumatda qeyd edilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bakıda #neft #qurğularının #elektrik #avadanlıqlarını #oğurlayan #şəxs #saxlanılıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu