fbpx

Bakıda polis 20 yaşlı bu qızı axtarır

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakının Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozunda yaşayan ruhi əsəb xəstəliyindən əziyyət çəkən 2003-cü il təvəllüdlü Əzimova Əfsanə Comərd qızı sentybarında 9-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, sözügedən şəxs evdən çıxarkən əynində açıq qəhvəyi paltar, ayağında qızılı rəngli idman ayaqqabısı olub.

Onun əlamətləri: – boyu 165 sm, dolu bədən quruluşlu, saçları qısa qara rəngli, gözleri qəhvəyidir.

Onun harada olması barədə məlumatı olan şəxslərdən DİN-in “102” Xidməti Zəng Mərkəzinə, Xəzər Rayon Polis İdarəsinə, o cümlədən 3-cü Polis Şöbəsinə 051-571-03-11, 055-211-81-74, 050-527-00-14, 012-590-73-02 və 012-456-03-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bakıda #polis #yaşlı #qızı #axtarır

Bir Cevap Yazın

Başa dön tuşu