fbpx
Xəbərlər

Bakıda qanunsuz tikililər söküldü – FOTO

BEY.AZ informasiya agentliyi xəbər verir



Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Metbuat.az xəbər verir ki, FHN-dən verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsinin Nizami küçəsində və Təmanis yaşayış massivində, həmçinin Qala qəsəbəsi, “Hövsan südçülük sovxozu” adlanan ərazidə heç bir icazəverici sənəd olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyektlər sökülüb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


  • Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
    #Bakıda #qanunsuz #tikililər #söküldü #FOTO

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu