fbpx

Bakıda qatar qadını vurdu

Bakının Qaradağ rayonunda bir nəfəri qatar vuraraq komaya salıb.

BEY.AZ xəbər verir ki, hadisə Qobustan qəsəbəsində qeydə alınıb.

1960-cı il təvəllüdlü Nəbiyeva Məhbubə Musaxan qızı dəmiryol xəttindən keçərkən onu yük qatarı vurub. Qadın aldığı xəsarətlərdən komaya düşüb. O Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt üzrə Dəmiryolu Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.//APA

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu