fbpx

Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub

BEY MEDIA İnformasiya agenti xəbər verir


Bakının Yasamal rayonunun Məhəmməd Xiyabani küçəsində “Kral-Transport” MMC-nin müvəqqəti istismarında olan 39 nömrəli müntəzəm marşrut xəttində hərəkət edən avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Metbuat.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, hadisə “Ətçilər bazarı” adlanan ərazidə baş verib. 99 JZ 710 DQN-li avtobus işıqfordan keçən zaman qırmızı işıqdan keçən “Toyota Prius” markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən heç kim xəsarət almayıb. Minik avtomobilin sürücüsünün yüngül xəsarət aldığı bildirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu