fbpx

Bakıda sanitariya-gigiyena qaydalarına əməl etməyən sürücülər cərimələndi

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakıda sanitariya-gigiyena qaydalarına əməl etməyən sürücülər cərimələnib.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena və yerin təkindən istifadə qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə avqustun 28-də paytaxtın Sabunçu və Suraxanı rayonları ərazisində keçirdikləri tədbirlər zamanı qanunsuz qarışıq süxur daşınması və məişət tullantılarının qalaqlanması faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 228-ci (lisenziya və ya icazə olmadan yerin təkindən istifadə etmə) və 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddələrinin tələblərini pozduqlarına görə 3 sürücü barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bakıda #sanitariyagigiyena #qaydalarına #əməl #etməyən #sürücülər #cərimələndi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu