fbpx

Bakıda silahlı hücumda nə qədər pul ələ keçirilib?

BEY.AZ informasiya agentliyi xəbər verir


Xətai rayonunda “Bravo” hipermarketdə baş verən silahlı insident zamanı 110 min manat pul oğurlandığı iddia edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Axar.az-ın özəl mənbədən əldə etdiyi xəbərdə bildirilib.

Qeyd edək ki, martın 4-ü saat 12 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində silahlı insident baş verib.

Hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində Unibank Kommersiya Bankı ASC-nin əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb.

Cinayət əməlini törətməkdə şübhəli bilinənlərdən bir nəfər saxlanılıb.Polisə silahlı müqavimət göstərən bir nəfər məhv edilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bakıda #silahlı #hücumda #nə #qədər #pul #ələ #keçirilib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu