fbpx
Xəbərlər

Bakıda şirniyyat mağazasında siçovul gəzdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakıdakı yerləşən şirniyyat mağazalarının birində antisanitar şərait hökm sürür.

Metbuat.az xəbər verir ki, görüntüləri prodüser-aparıcı Tarix Əliyev sosial şəbəkə hesabında paylaşıb. Siçovulun şirniyyatlarla dolu piştaxtanın üstündə gəzməsi görüntülərdə əksini tapıb. İzləyicilər şirniyyat mağazasının adının “Balaca” olduğunu qeyd ediblər.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, qeyd olunan məsələ AQTA tərəfindən nəzarətə götürülüb: “Məlumat sosial şəbəkədə yayıldığı üçün hazırda araşdırmalar həyata keçirilir. Araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək”.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bakıda #şirniyyat #mağazasında #siçovul #gəzdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu