fbpx

Bakıda uşaq ehtiyatsızlıqdan ov tüfəngi ilə dayısı oğlunu vurub

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakıda uşaq ehtiyatsızlıqdan ov tüfəngi ilə dayısı oğlunu vurub.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyindən Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 20-də saat 17 radələrində Binəqədi qəsəbəsində bir uşağın odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Binəqədi RPİ 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla 9 yaşlı uşağın evdə atasına məxsus ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəşlə 7 yaşlı dayısı oğlunun döş qəfəsinə xəsarət yetirməsi məlum olub.

Polis əməkdaşları hadisə yerindən müvafiq sənədləri olan “Churchill” markalı ov tüfəngi götürüblər.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 131-ci maddəsi (Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) ilə cinayət işi başlanılıb. Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bakıda #uşaq #ehtiyatsızlıqdan #tüfəngi #ilə #dayısı #oğlunu #vurub

Bir Cevap Yazın

Başa dön tuşu