fbpx

Bakıda yeni doğulmuş körpəni parka atdılar



Ötən gecə Suraxanı rayonu Qaraçuxur qəsəbəsindəki parklardan birində polis əməkdaşları xidmət aparan zaman yeni doğulmuş körpə (oğlan uşağı) aşkar ediblər.

BEY.AZ Apa-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli bildirib ki, polis əməkdaşları körpəyə ilkin tibbi yardım göstəriblər:

“Vaxtında görülən tədbirlər nəticəsində körpənin həyatı xilas edilib. Daha sonra polislər körpəni xəstəxanaya yerləşdirib. Hazırda körpənin vəziyyəti normaldır. Həyatı üçün təhlükə yoxdur. Körpənin valideynlərinin tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir”.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin