fbpx

Pensiya artımları üçün ayrılan əlavə illik vəsait 438 milyon manata çatıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu ilin əvvəlindən tətbiq olunan pensiya artımları üçün ayrılan əlavə illik vəsait 438 milyon manata çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ölkədə davam edən sosial islahatlar çərçivəsində bu ilin əvvəlindən minimum pensiya 20 faiz artırılaraq 240 manata çatdırılıb. Həmçinin pensiyalar orta aylıq əməkhaqqı artımına uyğun indeksləşdirilərək artırılıb və pensiyaçılara bu il üzrə 200 manat maddi yardım (rüblərə bölünməklə) ayrılıb. 1,1 mln. pensiyaçını əhatə edən bu artım üçün dövlət büdcəsindən illik əlavə 352 mln. manat ayrılıb.

Eyni zamanda, qulluq stajına görə əlavələr alan pensiyaçılara bu ilin əvvəlindən hər ay pensiyalarının 10 faizi məbləğində maddi yardım verilməsi nəzərdə tutulub. Bunun üçün də illik 86 milyon manat əlavə vəsait ayrılacaq. Beləliklə, cari ilin əvvəlindən tətbiq olunan pensiya artımları üçün ayrılan əlavə illik vəsait 438 milyon manata çatıb.

Ümumilikdə yeni islahatlar paketi üzrə 2022-ci ildə əmək haqqı, pensiya və digər sosial ödənişlərin artımı üçün ayrılan illik əlavə vəsait isə 2,1 mlrd. manatdır. Bu artımlar 3,4 milyon şəxsi əhatə edir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu