fbpx

Bakıdakı “Formula 1” yarışı üçün ən çox bilet alınan ölkələr açıqlandı

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakıda keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran Prisinə ən çox bilet alınan ölkələrin adları bəlli olub.

Metbuat.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Satış və Kommersiya departamentinin rəhbəri Səbri Gülmalıyev açıqlamasında bildirib.

O, ilkin mərhələdə yarışa xaricdən daha çox marağın olduğunu söyləyib: “Bu günə olan məlumata əsasən, ən çox bilet alınan ölkələr arasında ilk üçlükdə müvafiq ardıcıllıqla Niderland, Böyük Britaniya və Gürcüstan yer alır. İndiyədək azarkeşlər tərəfindən ən böyük maraq 4 günlük tribuna biletlərinə göstərilib. Düşünürük ki, Bakıda ilk dəfə keçiriləcək Sprint yarışı da satışların artmasına öz təsirini göstərib”.

Gülmalıyev yarış üçün Filarmoniya tribunasına olan biletlər tamamilə satıldığını diqqətə çatdırıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 28 – 30 apreldə təşkil olunacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bakıdakı #Formula #yarışı #üçün #ən #çox #bilet #alınan #ölkələr #açıqlandı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu