fbpx
Xəbərlər

Bakının Asif Əsədullayev küçəsində təmir başa çatdı

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Sabunçu rayonunun Sabunçu qəsəbəsinin Asif Əsədullayev küçəsində təmiri başa çatdırıb.

Metbuat.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, küçənin uzunluğu 1100 metr, eni ortalama 10 metr təşkil edir. Aparılan təmir işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü frezlənib, küçəboyu 2000 p/m piyada səkiləri yenilənib. Ümumilikdə küçəyə 2 qat olmaqla 11 min kvadratmetrdən çox sahəsinə yeni asfalt-beton örtüyü döşənib.

Bundan başqa üfüqi nişanlanma xətlərinin və piyada zolaqlarının çəkilişi, zəruri yerlərdə yol nişanlarının quraşdırılması, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, yeni yağış barmaqlıqlarının quraşdırılması işləri icra olunub.

Bu il “İnvestisiya Proqramı”na əsasən Sabunçu rayonu üzrə 12.7 km uzunluğa malik qəsəbədaxili küçələrdə təmir işləri icra olunur.

Agentlik ötən ilin “İnvestisiya Proqramı”na əsasən isə rayon ərazisində ümumi uzunluğu 9 km təşkil edən küçələri təmir edib.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu