fbpx

Bakının bir neçə küçəsində yeni tipli işıqfor dirəkləri quraşdırıldı

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakının bir neçə küçəsində yeni tipli işıqfor dirəkləri quraşdırılıb.

Bu barədə Metbuat.az-a Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirlib ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxt ərazisində aparılan monitorinqlər zamanı bəzi yolayrıclarında quraşdırılan işıqforların dirəkləri qısa olduğundan sürücülər işıqforları görməkdə çətinlik çəkirlər, hətta belə kəsişmələrdə bir neçə dəfə yol-nəqliyyat hadisəsi də baş verib.

Bu baxımdan bir sıra ərazilərdə artıq işlərə başlanılıb və Azərbaycan prospekti ilə İstiqlaliyyət, Səməd Vurğun ilə Hənifə Ələsgərov, eləcə də Abbasqulu ağa Bakıxanov ilə Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsindəki işıqforların köhnə dirəkləri dəyişdirilərək yeni L-tipli dirəklərlə əvəz edilib və sürücüləri narahat edən problem aradan qaldırılıb.

Qeyd edək ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə bu istiqamətdə işləri davam etdirir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bakının #bir #neçə #küçəsində #yeni #tipli #işıqfor #dirəkləri #quraşdırıldı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu