fbpx

Bakının Cəfər Cabbarlı küçəsi təmir edilir

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Xəzər rayonun Buzovna qəsəbəsinin Cəfər Cabbarlı küçəsini təmir edir.

Metbuat.az Agentliyə istindən xəbər verir ki, uzunluğu 1 100 metr, eni isə ortalama 6 metr təşkil edən sözügedən küçədə aparılan yenidənqurma işləri çərçivəsində küçəboyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunub. Hazırda yeni yol əsası salınır. Ardınca yeni asfalt-beton örtüyü döşənəcək. Sonda yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

Bu il Xəzər rayonunun Mərdəkan, Binə, Buzovna, Qala və Zirə qəsəbələri ərazisində ümumi uzunluğu 26,5 kilometr küçə və yolun təmiri aparılır.

2021-ci ildə isə rayonun Binə, Buzovna və Qala qəsəbələrində ümumi uzunluğu 16,3 kilometr olan küçə və yolların təmiri icra olunub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu