fbpx

Bakının mərkəzində çoxillik ağaclar KƏSİLİB

BEY.AZ informasiya agentliyi xəbər verir

“Şəhərin tam mərkəzində ağacları kəsib, piyada səkini daraldıb, camaatın yolunu kəsib özünə parkovka düzəldəsən?”

Metbuat.az xəbər verir ki, bu barədə telejurnalist Azər Qərib özünü feysbuk hesabında paylaşım edib. O bildirib ki, şhərin mərkəzində çoxillik ağaclar kəsilib və yerinə parking yerləri salınıb:

“Bilirsiniz bu nədir? Bu, bespredelın pik nöqtəsidir. 50 metr aralığda yeraltı parkinq var, amma məmur axı xalqın içi ilə 50 metr gedə bilməz, özünə yaraşdırmaz bunu, gərək kabinetindən çıxıb dərhal xidməti avtomobilinə minsin. Mən söz tapa bilmirəm, şəhərin tam mərkəzində ağacları kəsib, piyada səkini daraldıb, camaatın yolunu kəsib özünə parkovka düzəldəsən? Bu qədərmi harınlaşma prosesi dərinləşib? Görəsən, 200 metr aralığda yerləşən Səbayıl İcra hakimiyəti və Ekoloqiya Nazirliyi nə düşünürlər bu haqda? Yenə dövlət büdcəsindən 5-10 manat cərimə verməkləmi bitəcək məsələ?”, – deyə jurnalist narazılığını ifadə edib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu