fbpx

“Baku Bus”a məxsus avtobus qəza törətdi

BEY.AZ informasiya agentliyi xəbər verir


“BakuBus”a məxsus avtobus piyadanı vurub.

Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə noyabrın 10-u saat 20 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində qeydə alınıb.

Belə ki, paytaxt sakini A.Babayev idarə etdiyi “BakuBus”a məxsus “BMC” markalı xətt avtobusu ilə yolu keçən Sumqayıt şəhər sakini Seyfəddin Mustafazadəni vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada noyabrın 11-də orada ölüb.

Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, piyada Bakı Mühəndislik Universitetinin Memarlıq və inşaat fakültəsinin Sənaye mühəndisliyi ixtisasının III kurs tələbəsi imiş.

Bir 1 nəfər və ayaqda şəkili ola bilər





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu