fbpx
Xəbərlər

Bank tətbiqindəki boşluqdan istifadə edib milyonlar ələ keçirdi: Hamının borcunu bağladı

BEY.AZ informasiya agentliyi xəbər verir


Türkiyənin Samsun şəhərində Rəcəb və Əmrə qardaşları bankın mobil tətbiqindəki boşluqdan istifadə edərək, milyonlarla Türk lirəsi ələ keçiriblər.

Metbuat.az xəbər verir ki, nəzarətə götürülən qardaşlar əməllərini etiraf ediblər. Onlar bildiriblər ki, ələ keçirdikləri pulları geri qaytaracaqdılar. Məlum olub ki, qardaşların əməli təsadüfən üzə çıxıb. Polis onların üzərində odlu silah tapıb. Polis səbəbini soruşanda qardaşlar “çox pulumuz var, özümüzün təhlükəsizliyi üçün silah gəzdiririk” cavabını verib. Araşdırmaları davam etdirən polis, qardaşların bankdan pul mənimsədiyini üzə çıxarıb. Bildirilir ki, onlar pulları dəyərli kağızı 70 dəfə təkrar sataraq əldə ediblər.

Qardaşlar ələ keçirdikləri pullarla bahalı avtomobillər alıb, qohumlarının borclarını ödəyiblər. Qardaşlar bu əməlin cinayət olduğunu qəbul etmirlər. Onların iddiasına görə, bu nöqsandırsa, bank eyni əməliyyatın niyə təkrarlanmasına icazə verir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu