fbpx

Banklar avronu aşağı məzənnə ilə alıb daha yüksək kurs ilə satırlar

BEY.AZ informasiya agentliyi xəbər verir


“Valyuta dəyişmə məntəqələrində xarici valyutaların, o cümlədən dollar və avronun alış və satış kurs fərqləri minimumlaşsa da sistem əhəmiyyətli banklarda konvertasiya məzənnələri arasındakı kəskin fərq qalmaqdadır”.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı millət vəkili Vüqar Bayramov edib. Onun şərhinə görə, nağdsız hesablaşmalar üçün xarici valyutanı, xüsusən də avronu kifayət qədər aşağı məzənnə ilə alan bir sıra banklar onu daha yüksək kurs ilə satırlar. Vüqar Bayramov onu da qeyd etdi ki, sistem əhəmiyyətli bir sıra banklar avronu 1.88 manat məzənnəsi alır, amma 1.95 kursu ilə təklif edirlər. Bu isə biznesin və xüsusən də fərdi sahibkarların konvertasiya, yəni valyuta alqı-satqısı zamanı vəsait itiriməsinə səbəb olur.

Azərbaycan Aİ ilə iqtisadi əlaqələrini daha da genişləndirəcək

“Məsələn, 100 min avronu manata çevirib yerli ödənişlərini etmək istəyən sahikar həmin vəsaitin müqabilində 188 min manat alır. Amma əgər sahibkar manat hesabından avro alıb xarici ödəniş etmək istəyirsə o zaman 100 min avro üçün 195 min manat ödəməlidir. Deməli, yalnız 100 min avroluq alqı-satqılarda biznesin ziyanına 7 min manat fərq yaranır”.

Millət vəkili onu da qeyd etid ki, xarici şirkətlər ilə əməkdaşlıq edən sahibkarların konvertasiya əməliyyatlarının yüz milyonlar olduğunu nəzərə alsaq fərqin necə böyük olduğunu təsəvvür etmək çətin olmaz.

“Əslində, konvertasiya məzənnələri arasındakı kəskin fərq sistem əhəmiyyətli bankların sektordakı aparıcı mövqelərindən istifadə kimi də xarakterizə olunmalıdır. Bu baxımdan, bu məsələnin də Mərkəzi Bank tərəfindən tənzimlənməsinə ehtiyac var. Mərkəzi Banl tərəfindən liberal iqtisadiyyat prinsiplərinə uyğun valyuta konvertasiyası ilə bağlı yeni qaydalar müəyyənləşdirməsi məqsədəuyğun olardı. Bank sektorundakı rəqabətin daha da gücləndirilməsi də bu tip halların minimumlaşdırılmasına səbəb ola bilər”.

Gülbəniz Hüseynli / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu