fbpx

“Banklararası Hesablaşmalar Sisteminin ISO20022 standartına keçidi yekunlaşıb”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Azərbaycan Respublikası Mərkəzi Bankının 2021-2023-cü illər üçün Rəqəmsal Ödəniş Strategiyası”nda nəzərdə tutulan “Maliyyə infrastrukturunda ISO20022 beynəlxalq standartının tətbiqi” layihəsi çərçivəsində Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sisteminin (AZIPS) adıçəkilən standarta keçidi Mərkəzi Bank tərəfindən uğurla yekunlaşdırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb

Nəticə etibarilə AZIPS iştirakçıları olan təşkilatların informasiya sistemləri arasında məlumat mübadiləsinin ISO20022 standartına uyğun yeni formatlar əsasında aparılması üçün funksional imkan yaradılıb.

Qlobal maliyyə sektorunda tətbiq olunan ISO20022 standartı ödəniş sistemi iştirakçıları arasında məlumat mübadiləsi üzrə vahid formatlar müəyyən etməklə, istər ölkədaxili, istərsə də ölkələrarası əməliyyat proseslərinin avtomatlaşdırılması və sistemlərarası inteqrasiya imkanlarını genişləndirir, hesablaşmalarda avtomatik emal əmsalını yüksəldir. ISO20022 standartı, eyni zamanda, ödəniş sənədlərində daha dolğun məlumatların əks etdirilməsi və bununla da geniş hesabatlıq imkanlarını təqdim edir. Hazırda 70-dən çox qabaqcıl ölkə öz ödəniş sistemlərində ISO20022 standartını tətbiq etmiş və bu istiqamətdə fəaliyyəti davam etdirməkdədir.

Sözügedən layihə çərçivəsində Mərkəzi Bank tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən Milli Ödəniş Sisteminin digər infrastruktur komponenti olan Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sisteminin (XÖHKS) də ISO20022 standartına keçidi reallaşdırılacaq, eyni zamanda Milli Ödəniş Sistemi iştirakçılarının əməliyyat sistemlərinin 2022-ci ilin sonunadək yeni məlumat formatlarına keçidi üzrə işlər aktiv şəkildə davam etdiriləcəkdir.

“Azərbaycan Mərkəzi Bankın operatoru olduğu Milli Ödəniş Sisteminin təhlükəsizliyinin davamlı olaraq gücləndirilməsi, sistemin infrastruktur komponentlərinin etibarlı və fasiləsiz fəaliyyətinin təşkili məqsədilə innovativ texnoloji həllərin tətbiqi və qabaqcıl beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi daim diqqət mərkəzində saxlanılır”, – məlumatda deyilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu