fbpx

“Banklararası pul bazarında fəallıq yüksəlməkdədir”

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanın banklararası pul bazarında fəallıq yüksəlməkdədir. “Bloomberg” ticarət platformasında banklar arasında sentyabrda 69 ədəd əqd, oktyabrda 146 əqd bağlandığı halda noyabrda bu rəqəm 168-ə yüksəlib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

“Noyabrda bağlanmış əqdlərin 93.6%-i qısamüddətli (1-3 günlük) olub. Banklararası REPO bazarında bağlanmış əqdlərin sayı noyabrda 76 olub ki, bu da əvvəlki ayla müqayisədə 3,6 dəfə çoxdur. Ümumilikdə, sentyabr-noyabr aylarında banklararası əməliyyatların həcmi “Bloomberg” ticarət platforması üzrə 3 974 milyon manat, REPO üzrə 305 milyon manat olub. Ötən iclasda faiz dəhlizi ilə bağlı qəbul edilən qərarlar banklararası bazarda orta faizlərin yüksəlməsilə müşayiət olunub. Təminatsız bazarda (Blumberq) 1 günlük əməliyyatların orta faizi noyabrda oktyabrla müqayisədə 0,6 faiz bəndi yüksək olub. Qeyd olunanlar pul siyasəti qərarlarının faiz kanalı ilə transmissiyasının yaxşılaşdığını göstərir”, – açıqlamada qeyd olunub.

“2022-ci ilin noyabr ayında banklar və qeyri-bank kredit təşkilatları üzrə kredit qoyuluşları əvvəlki aya nəzərən 1%, ilin əvvəlinə nəzərən 18,1%, ötən ilin eyni ayına nəzərən isə 21,1% artıb. 11 ayda bank sistemi üzrə biznes kreditləri 12,7%, istehlak kreditləri 27,7%, ipoteka kreditləri isə 21,9% artıb”, – AMB-nin məlumatında qeyd edilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Banklararası #pul #bazarında #fəallıq #yüksəlməkdədir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu