fbpx

“Barselona” iddiaları səngimir – Deko transfer işini özü aparır

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

“İnter Mayami” MLS-də mövsümün son matçını keçirib.

BEY.AZ xəbər verir ki, matçdan sonra Lionel Messi klubu tərifləyən paylaşımlar edib. Argentinalı ulduz instaqram hesabında bu sözləri yazıb:

“Bu mövsüm komanda üçün mübarizə aparan hər kəslə fəxr edirəm. Hər kəsin əməyi və səyi ilə ilk dəfə ABŞ Açıq Kubokunu qazandıq. Bütün komanda gələn il daha rəqabətli olmaq üçün təkmilləşmək arzusunu nümayiş etdirdi.Bizə həmişə göstərdikləri dəstəyə görə bütün Mayami şəhərinə təşəkkür etmək istərdim”.

“İnter Mayami” Kubokdakı uğurlarına baxmayaraq, MLS-in Şərq Konfransında 14-cü yeri tutub və pley-offa vəsiqəni əldən verib. Buna görə də Messinin qış transfer dönəmində Avropaya icarəyə verilməsi, sonra isə komandaya qayıtması gündəmdədir.

Xarici KİV-lərin məlumatına görə, argentinalı ulduzun keçmiş komandası “Barselona”ya qayıda biləcəyi bildirilir. “Barselona” komandasının idman direktoru Dekonun da bu məsələ üçün çalışdığı irəli sürülüb. Qeyd edək ki, Lionel Messi iddiaları təkzib etmişdi.

“Barselona”nın prezidenti Joan Laoprta isə Messinin uyğun olduqda “Barselona”ya qayıdacağını bəyan edib.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Barselona #iddiaları #səngimir #Deko #transfer #işini #özü #aparır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu