fbpx

“Barselona”nın yeni “Messi”si – 16 yaşında hər kəsi heyran etdi

BEY.AZ informasiya agentliyi xəbər verir


“La Liqa”nın 3-cü turunda “Vilyareal”a qarşı forma geyinən 16 yaşlı Lamine Yamal hər kəsin rəğbətini qazanıb.

Metbuat.az bildirir ki, “Barselona”nın 4:3 hesabı ilə qələbə qazandığı matçda Yamal 1 asisti və gözəl hərəkətləri ilə yadda qalıb. 76-cı dəqiqədə oyundan çıxan Yamal rəqib azarkeşlər tərəfindən də alqışlanıb.

Matçdan sonra “Barselona”nın baş məşqçisi Xavi də gənc ulduzu tərifləyib. Bir çox mütəxəssis onu “Barselona”nın yeni super ulduzu kimi dəyərləndiriblər.

Qeyd edək ki, Lamine Yamal bu mövsümün əvvəlində əsas komandaya daxil edilib. Onun artıq davamlı olaraq əsas heyətdə yer alması gözlənilir. İspaniya U-17 millisində yer alan Yamal 10 oyunda 8 qol vurmağı da bacarıb.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Barselonanın #yeni #Messisi #yaşında #hər #kəsi #heyran #etdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu