fbpx

Baş idarədə 20 Yanvar hadisələrinə həsr olunan konfrans keçirildi

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakı şəhər gənclər və idman baş idarəsində 20 yanvar faciəsinin 33-cü ildönümünə “20 yanvar faciəsi qan yaddaşımızdır” mövzusunda konfrans keçirilib. Allsport.az saytı xəbər verir ki, konfransda baş idarənin rəisi Raqif Abbasov, AMEA-nın şərqşünaslıq institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı, dövlət idarəçilik akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Cahangir Cahangirli və gənclər iştirak ediblər.

Metbuat.az xəbər verir ki, öncə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib. Sonra 20 Yanvar faciəsindən bəhs edən videoçarx nümayiş olunub.

Raqif Abbasov tədbirdə çıxış edərək, 20 Yanvar faciəsinin tariximizdə ən böyük vətənpərvərlik nümunəsi olduğunu, şəhidlərimizin göstərdikləri qəhrəmanlığı xalqımızın hər zaman xatırlayacağını qeyd edib. O, gənclərin 20 Yanvar hadisələrini daha dərindən öyrənməli olduqlarını bildirib.

Rüya tabirlerini burdan oku

Baş idarənin rəisi diqqətə çatdırıb ki, bu ağır günlərdə xalqını tək qoymayan ümummilli lider Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək terror aktını pisləyən bəyanatla çıxış edib. Dahi şəxsiyyət özünün və ailə üzvlərinin həyatının təhlükə altında olmasına baxmayaraq, böyük cəsarət göstərərək 20 Yanvar faciəsinə siyasi qiymət verib, o vaxtkı SSRİ və respublika rəhbərlərinin günahı və xəyanəti üzündən törədilmiş bu cinayətin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu göstərib.

Bildirilib ki, ümummilli liderin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm addımlar atılıb. Məhz onun təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib.

Daha sonra, konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib. Hazırda Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun layiqli şəkildə davam etdirilməsindən bəhs edən çıxışçılar yenilməz ali baş komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və rəşadətli Azərbaycan ordusunun yenilməz gücü sayəsində qazanılan tarixi Zəfərdən sonra bütün şəhidlərin ruhunun şad olduğunu vurğulayıblar.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Baş #idarədə #Yanvar #hadisələrinə #həsr #olunan #konfrans #keçirildi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu