fbpx

Baş nazirlik kürsüsü ilə vidalaşa bilər

BEY MEDIA İnformasiya agenti xəbər verir


Britaniyanın Baş naziri Boris Consonun liderliyi təhlükə altına düşüb.

Metbuat.az xəbər verir ki koronavirusa görə tətbiq edilən sərt karantin qaydaları pozduğuna görə, müxtəlif siyasi partiyaların qəzəbli reaksiyasından liderliyi təhlükə altına düşən Consona qarşı 20-yə qədər Mühafizəkar millət vəkili etimadsızlıq məktubu təqdim etməyi planlaşdırır.

Qeyd edək ki, cəmi iki il əvvəl Conson 1987-ci ildə Marqaret Tetçerdən sonra ən böyük Mühafizəkar çoxluğu əldə etdikdən sonra partiyasının sevimlisinə çevrilən Borisə bu uğur Britaniyanı Avropa İttifaqından çıxarmaq üçün verdiyi vədləri yerinə yetirməyə imkan verdi.

Lakin İngiltərəndə – “Downing Street”in sərt karantin qaydalarını aşkar şəkildə pozması ilə bağlı davamlı açıqlama axınının təsiri altında onunla olan münasibətlər sürətlə pisləşməyə başladı. Onu da bildirək ki, İngilərədə liderliyə namizəd olan birinə meydan oxumaq üçün parlamentdəki 360 Mühafizəkarın, 54-ü partiyanın üzvünün komitənin sədrinə etimadsızlıq məktubu yazmalıdır. Bu məktublar məxfi sayılır və sədr yeganə şəxsdir ki bu məktubların kimlər tərəfindən yazıldığını bilir. Əgər Conson liderlik uğrunda mübarizəyə başlasa bu onun populyarlığına uzunmüddətli ziyan vurmuş ola bilər.

Gülbəniz Hüseynli / METBUAT.AZ




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu