fbpx

Baş Prokurorluğun adından saxta hesablar yaradan şəxslərə xəbərdarlıq edilib

BEY MEDIA İnformasiya agenti xəbər verir


Baş Prokurorluğun adından saxta hesablar yaradan şəxslərə xəbərdarlıq edilib.

Bu barədə Metbuat.az-a qurumun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluğun Mətbuat Xidməti tərəfindən sosial şəbəkələr və kütləvi informasiya vasitələri üzrə aparılan daimi monitorinq nəticəsində feysbuk sosial şəbəkəsində qurumun və bəzi tabe rayon (şəhər) prokurorluqlarının adından feyk (saxta) hesabların açılması müəyyən edilib.

Qeyd edilib ki, Baş Prokurorluğun mavi nişan (blue sign) vasitəsi ilə təsdiqlənmiş feysbuk, instaqram, yutub, teleqram sosial şəbəkərindəki rəsmi səhifələrindən başqa hər hansı digər hesabları mövcud deyildir: “Odur ki, vətəndəşlarımızdan ayıq-sayıq olmaqla yalnız rəsmi sosial media səhifələrimizi izləməyi tövsiyə edirik.

Eyni zamanda, dövlət qurumlarının adından saxta hesabların yaradılmasının yolverilməzliyi barədə xəbərdar etməklə bu kimi neqativ hallara yol vermiş şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulan tədbirlərin görüləcəyi bildirilir”.

Baş Prokurorluğun sosial şəbəkələrdəki rəsmi səhifələri:
Feysbuk səhifəsi – (link: https://www.facebook.com/prokurorluq/)
İnstaaram səhifəsi – (link: https://www.instagram.com/prokurorluq/)
Teleqram kanalı – (link: https://t.me/prokurorluq)
Tviter səhifəsi – (link: https://twitter.com/prokurorluq )




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin