fbpx
Xəbərlər

Göyçayda narkotikə görə 3 nəfər saxlanılıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Metbuat.az-a bildirilib ki, əldə edilən əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı keçmiş məhkum Mətləb Abdullayev şübhəli şəxs qismində tutulub.

Onun üzərinə və istifadəsində olan avtomobilə baxış keçirilərkən heroin aşkarlanaraq götürülüb.

Davam etdirilən tədbirlərlə M.Abdullayevin yaşadığı ünvana da baxış keçirilib və oradan da narkotik vasitə olan heroin aşkar edilərək maddi sübut kimi istintaqa təqdim olunub.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə daha 2 nəfər rayon sakini – Ağabala və Sadiq Əliyevlər tutulub. Şəxsi axtarış zamanı onlardan güclü təsiredici narkotik vasitə – heroin aşkarlanıb.

Faktlarla bağlı rayon polis şöbəsində cinayət işləri başlanılıb və saxlanılanların hər üçü təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Göyçayda #narkotikə #görə #nəfər #saxlanılıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu