“Bavariya”nin yeni baş məşqçisi o oldu
Almaniyanın “Bavariya” klubunu yeni baş məşqçisi bəlli olub.
BEY.AZ xəbər verir ki, Münhen təmsilçisini yeni mövsümdə Vinsent Kompani çalışdıracaq.
O, Bundesliqa klubu ilə 2027-ci ilə qədər müqavilə imzalayacaq. “Bavariya” bu təyinat üçün Kompaninin çalışdırdığı “Bernli”yə 12 milyon avro ödəyəcək.
Qeyd edək ki, məşqçilik karyerasına Pep Qvardiolanın köməkçisi kimi başlayan belçikalı “Anderlext” və “Bernli” klublarını çalışdırıb.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |