fbpx

Şeyxülislam səfirliyə başsağlığına getdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Mayın 17-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfirliyini ziyarət edib.

QMİ-dən Metbuat.az-a bildirilib ki, Şeyxülislam Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı ilə əlaqədar başsağlığı verib.

BƏƏ-nin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi və diplomatik korpusun əməkdaşları ilə görüşən QMİ sədri mərhum Şeyx Xəlifə bin Zayed Al Nəhyanın xidmətlərini yüksək qiymətləndirib, yeni Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın rəhbərliyi ilə dövlətlərimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf edəcəyinə inamını ifadə edib.

Sonda Şeyxülislam Allahşükür Paşazadə səfirlikdə açılan matəm kitabına başsağlığı sözlərini yazıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu