fbpx

“Bayer”dən “Qarabağ”ın qapıçısı ilə bağlı paylaşım

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində “Qarabağ”ı qonaq edəcək Almaniyanın “Bayer” klubu komandamızın qapıçısı ilə bağlı paylaşım edib.

Leverkuzen təmsilçisi “Instagram” səhifəsində komandanın sabiq qolkiperi, hazırda isə Ağdam klubunda çıxış edən Andrey Lunyovun fotosunu paylaşıb.

Foto “Tezliklə görüşərik” başlığı ilə təqdim olunub.

Qeyd edək ki, 2021-2023-cü illərdə rusiyalı qolkiper məhz “Bayer”də forma geyinib.

Xatırladaq ki, “Bayer” – “Qarabağ” matçı oktyabrın 26-da oynanılacaq və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Bayerdən #Qarabağın #qapıçısı #ilə #bağlı #paylaşım

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu