fbpx

BDU-nun 8 fakültəsinə yeni dekan seçilib

BEY MEDIA İnformasiya agenti xəbər verir


Bakı Dövlət Universitetində (BDU) müvafiq fakültələrdə və bir sıra kafedralarda boş olan dekan və kafedra müdiri vəzifələrinin tutulması üçün seçkilər keçirilir.

BDU-nun mətbuat xidmətindən Metbuat.az-a verilən xəbərə görə, seçkilər Təhsil Nazirliyinin Kollegiyasının 2017-ci il 15 noyabr tarixli 5/5 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na uyğun olaraq səsvermə yolu ilə keçirilir.

Bildirilib ki, 30 noyabr tarixdə verilmiş elan əsasında 8 fakültədə səlahiyyət müddəti bitmiş dekan vəzifələrinə seçkilər artıq yekunlaşıb.

Seçkilərin nəticələrinə görə, Mamoy Mansurov Geologiya fakültəsinin, Ələmdar Bayramov Kitabxanaçılıq-informasiya fakültəsinin, Rövşən Cavadov Sosial elmlər və psixologiya fakültəsinin, Afət Məmmədova Biologiya fakültəsinin, Ziyatxan Əliyev Mexanika-riyaziyyat fakültəsinin, İbrahim Zeynalov Tarix fakültəsinin, Bəxtiyar Paşayev Fizika fakültəsinin, Elçin Məmmədov isə Filologiya fakültəsinin dekanı vəzifələrinə seçiliblər.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu