fbpx

BDU-nun II saylı korpusunda təmir işləri bitir

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakı Dövlət Universitetinin (BDU) 2 saylı korpusunda əsaslı təmir işləri başa çatmaq üzrədir.

İlgili Makaleler

Metbuat.az xəbər verir ki, binanın zirzəmisindən damına qədər bütün mərtəbələri, auditoriyalar, inzibati otaqlar, laboratoriyalar, sanitar qovşaqlar, liftlər müasir standartlara uyğun şəkildə yenidən qurulub, bütün kommunikasiya xətləri, yanğınsöndürmə sistemi yenilənib. Geniş auditoriyalar proyektor, kondisioner və mebellərlə təchiz olunub. Qazanxana və drenaj sistemi yenilənib.

Korpusda təhsilalanların dərsdənkənar və asudə vaxtlarının keçirilməsi üçün də xüsusi şərait yaradılıb. Korpusun həyətində xüsusi abadlıq işləri həyata keçirilib.

Ən müasir standartlara cavab verən korpus yeni tədris ilindən müəllim və tələbələrin ixtiyarına veriləcək.

Əsaslı təmir işləri mərhələli şəkildə BDU-nun digər tədris korpuslarında da davam etdiriləcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#BDUnun #saylı #korpusunda #təmir #işləri #bitir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu