fbpx

Belarus helikopterləri Polşa ərazisinə daxil oldu

BEY.AZ informasiya agentliyi xəbər verir


Belarusun iki hərbi helikopterinin Polşanın hava məkanını pozması Varşava və NATO-nun şərq cinahını hədəf alan təxribatdır.

Metbuat.az xəbər verir ki, Polşa müdafiə nazirinin müavini Vojciech Skurkievicz belə açıqlama verib. O bildirib ki, Belarusun iki helikopteri Bialovieza bölgəsində Polşanın hava məkanını pozub. Hadisə ilə bağlı Varşavanın NATO qərargahına məlumat verdiyini bildirən Skurkievicz, Polşa Milli Təhlükəsizlik və Müdafiə Məsələləri Komitəsinin iclas keçirdiyini bildirib. Voyciech Skurkievicz, görüş nəticəsində Belarus sərhədində əsgərlərin sayının artırılmasına və bölgəyə əlavə hərbi helikopterlərin göndərilməsinə qərar verildiyini vurğulayıb:

“Bu, Varşavanı və NATO-nun şərq cinahını hədəf alan təxribatdır. Bunlar baş verməməli olan vəziyyətlərdir, lakin biz şərq sərhədimizdə rəqiblərimizin kim olduğunu bilirik. Bu, tamamilə təhlükəli vəziyyətdir. Əgər belə hallar baş verərsə və gərginləşərsə, o zaman hərəkətlərimiz potensial təhdidlərə uyğun olacaq”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Belarus #helikopterləri #Polşa #ərazisinə #daxil #oldu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu