fbpx
Xəbərlər

Belarusun Baş prokuroru Azərbaycanda səfərdədir

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakıda keçiriləcək MDB Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının (BPƏŞ) 33-cü iclasında etmək üçün Baş prokuror Kamran Əliyevin dəvətilə Belarusun Baş prokuroru Andrey Şved ölkəmizə işgüzar səfərə gəlib.

Metbuat.az xəbər verir ki, bu gün Baş Prokurorluqda keçirilmiş görüş zamanı iki dövlət arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenkonun birgə səyləri və siyasi iradələri sayəsində mümkün olduğu qeyd olunub.

Azərbaycan Respublikasının Baş prokuroru ölkəmizdə qanunun aliliyinin təmin olunması və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində aparılan islahatlar barədə həmkarına məlumat verib.

Səmimi qəbula görə öz təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Andrey Şved təmsil etdiyi qurumun Azərbaycan ilə qarşılıqlı səmərəli əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib.

Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq, iki ölkənin hüquq mühafizə, o cümlədən prokurorluq orqanları arasında konkret cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, eləcə də cinayət törətmiş şəxslərin ekstradisiyası və sair məsələlər ətrafında müzakirələr aparılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Belarusun #Baş #prokuroru #Azərbaycanda #səfərdədir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu