fbpx

Beşəmlərin son vəziyyəti açıqlandı

BEY.AZ informasiya agentliyi xəbər verir


TƏBİB-in tabeliyində olan K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda yeni doğulan beşəmlərin müalicəsinə davam edilir.

Metbuat.az xəbər verir ki, TƏBİB-in məlumatına görə, beşəmlərdən 3-nün vəziyyəti kritik ağırdır. Biri “CPAP”, ikisi süni ventilyasiya aparatındadır. Körpələrdən ikisinin vəziyyəti isə ağır olaraq qalır. Onlar binazal zond vasitəsilə nəmləndirmiş oksigen alır.

Qeyd edək ki, avqustun 11-də Bakı şəhərində, özəl klinikalardan birində 27 yaşlıq qadının 4 oğlu və 1 qızı doğulub. O, hamiləliyin 32-ci həftəsində qeysəriyyə kəsiyi əməliyyatı ilə beşəm dünyaya gəlmiş, onlardan 3-ü həyatlarının birinci sutkasında, digər 2-si isə həyatlarının ikinci sutkasında çox ağır vəziyyətdə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülüb.

Körpələr – 1,260, 1,020, 1,030, 1,300, 1,180 qram olmaqla doğulublar. İnstitutda onlara bütün zəruri kliniki, laborator müayinələr aparılıb və buna uyğun olaraq müalicələrinə davam edilir.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu