fbpx

“Beşiktaş” Ramosdan sonra Lanqleni də əldən verdi

BEY.AZ informasiya agentliyi xəbər verir


“Beşiktaş”ın anlaşmaq üzrə olduğu “Barselona”nın müdafiəçisi Kleman Lanqle üçün Səudiyyə Ərəbistanı klubu hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, ərəb klubu Lanqle üçün illik 10 milyon avro məvacib təklif edib. Məlumata görə, bu təklifdən sonra müdafiəçi “Beşiktaş”ın təklifini ikinci plana atıb. Bildirilir ki, 10 milyonluq avro təklif alan Lanqle Səudiyyə Ərəbistanına getməyi qəbul edib.

Qeyd edək ki, Kleman Lanqle ötən mövsümü icarə əsasında “Tottenhem”də keçirib. Lanqle daha əvvəl Səudiyyə Ərəbistanından gələn təklifləri rədd etmişdi.

“Beşiktaş” bundan əvvəl Serxio Ramosu transfer etməyə çalışsa da, rədd cavabı almışdı.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Beşiktaş #Ramosdan #sonra #Lanqleni #də #əldən #verdi

Bir Cevap Yazın

Başa dön tuşu