fbpx
Xəbərlər

“Beşiktaşla oyun daha maraqlı olacaq”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Növbəti mərhələyə adlamağa layiq idik”.

Metbuat.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu 8-ci km stadionunda Bosniya və Herseqovinanın “Jelezniçar” klubunu 2:0 hesabı ilə məğlub etdikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis ilk görüşdəki 2:2 hesablı bərabərliyin revanşında rəqibi üstələdikləri üçün sevincli olduğunu bildirib:

“Ağır oyun oldu. Hər iki matçı yaxşı keçirdik. Növbəti mərhələyə adlamağa layiq idik. Hər şeyə əvvəldən başlamışıq. Hara kimi irəliləyəcəyimizi bilmirəm”.

O, növbəti mərhələdə Türkiyə klubu “Beşiktaş”la qarşılaşmağın daha maraqlı olacağını düşünür: “Beşiktaş” çox güclü rəqibdir. Onlarla üz-üzə gəlsək, çox maraqlı iki görüş olacaq. Amma əvvəlcə çempionatın ilk turunun görüşünü düşünürük”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Beşiktaşla #oyun #daha #maraqlı #olacaq

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu