fbpx

Beyinin fəallığını stimullaşdıran qida məhsulları

BEY.AZ informasiya agentliyi xəbər verir

Bəzi qida məhsulları beyin üçün qoruyucu xüsusiyyətlərə malikdir, onun fəaliyyətini stimullaşdırır, yaddaş və idrakın keyfiyyətini yaxşılaşdırır.

Daha yaşlı vaxtda ağıl zəyifliyinin inkişaf ehtimalından narahat olanlara tibb elmləri doktoru, həkim, alim, yazıçı, “Angiogenezis” Fondunun rəhbəri Vilyam Li bildirir ki, neyrodegenerativ beyin vəziyyəti riskini minimuma endirmək üçün demensiyadan qorunmanızı gücləndirərək atılacağı mümkün olan addımlar var.

Metbuat.az AZƏRTAC-a istinadən xəbər verir ki, doktor Li sağlam, faydalı qidalardan istifadəni belə addımlardan biri hesab edir.

Xüsusilə, həkim beyin fəaliyyətinin stimullaşdırılması üçün əla təbii vasitə kimi sarıkökü nümunə gətirir.

“Sarıkökün aktiv tərkib hissəsi yaddaşın yaxşılaşdırılması və yeni beyin hüceyrələrinin yaradılması ilə əlaqəli olan güclü antioksidant və iltihab əleyhinə vasitə olan kurkumindir”, – deyə ekspert vurğulayır.

Beyin fəaliyyətinin stimullaşdırılması üçün başqa bir “super qida məhsulu” “ omeqa-3 faydalı yağ turşularının zəngin mənbəyi olan yağlı balıqdır. Bu növ yağ turşusu beyin tərəfindən sinir hüceyrələrinin qurulması üçün istifadə olunur, bu yağ turşularının adekvat qəbulu qocalma ilə əlaqədar idrakın zəifləməsini ləngidə bilər”, – deyə həkim Li bildirir.

Həkim, həmçinin balqabaq tumlarını beyin üçün faydalı qida adlandırıb – onlar maqnezium, mis və sink, optimal yaddaş və sinir funksiyasının qorunması üçün vacib olan mineralların gözəl mənbəyidir.

Daha sağlam pəhriz seçməklə, ona ədviyyatlar və beyni yaxşılaşdıran qida məhsullarılarını daxil etməklə yanaşı, həkim demensiyadan qorunmaq üçün sağlam həyat tərzinin digər prinsiplərinə əməl etməyi də tövsiyə edir. Vilyam Linin sözlərinə görə, sağlam həyat tərzinə riayət etməklə yaşla bağlı demensiyanın inkişafı ilə sıx əlaqəli olan müxtəlif amillərin – məsələn, ürək-damar xəstəlikləri, depressiya və hərəkətsizliyin riskini azaltmaq olar. Həkim bildirir ki, bu halda demensiyanın inkişaf ehtimalı üçdə bir azala bilər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu