fbpx

“Beynəlxalq ictimaiyyət Qarabağın minalardan təmizlənməsində Azərbaycanı dəstəkləməlidir” Metyu Brayza

BEY.AZ informasiya agentliyi xəbər verir


Beynəlxalq ictimaiyyət Qarabağın minalardan təmizlənməsində Azərbaycanı dəstəkləməlidir.

Metbuat.az xəbər verir ki, bunu Trend-ə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

O, minaların təmizlənməsi məsələsində sürətli irəliləyişin vacibliyini vurğulayıb.

“Mümkün olduğu qədər irəliləmək lazımdır, çünki minalar insanların həyatına təhlükə törədir, eləcə də azad edilmiş ərazilərin bərpası üçün lazım olan investisyalar üçün maneə yaradır. Minaların təmizlənməsi azərbaycanlıların öz doğma yurdlarına qayıtmasına və torpaqların reinteqrasiyasına imkanlar yaradacaq”, – deyə o bildirib.

Sabiq səfir minaların partlaması nəticəsində və ümumiyyətlə, 30 il davam etmiş münaqişədə həlak olanlarla bağlı təəssüfünü bildirib.

“Hərbi mərhələ geridə qalıb və biz hamımız artıq bütün diqqətimizi minaların təmizlənməsinə, bərpa işlərinə və yekunda sülh müqaviləsinin imzalanmasına yönəldə bilərik”, – M.Brayza deyib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin