fbpx

Yasamal rayonunda doqquz avtomobildən oğurluq edən şəxs saxlanılıb

BEY.AZ informasiya agentliyi xəbər verir

Yasamal rayonunda doqquz avtomobildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a bildiriblər ki, rayon polis idarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində ümumilikdə 9 avtomobildən – 6 “VAZ”, 1 “QAZ-21”, 1 “Chevrolet” və 1 “Renault” markalı avtomobillərdən maqnitofon, akkumulyator və güzgü oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş H.Təvəkkülov müəyyənləşdirilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu